"iOS" və "Android" üçün nəhəng əlavələr mağazaları on minlərlə müxtəlif əlavələr təklif edir. Bu səbəbdən bu müxtəlifliklərdən təcrübəsiz istifadəçinin baş çıxarması çox çətindir.
İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, bununla əlaqədar olaraq mütəxəssislər "iOS" və "Android" üçün 6 pulsuz əlavəni elan ediblər. Onların arasında videolarla işləmək üçün imkan yaradan “Scrubbies” və “SnapCalc” proqramı da var.
İkinci proqram əllə kağızda yazılmış qeyri-riyazi məsələləri həll etmək iqtidarındadır. Həmçinin yanvar ayında ən yaxşı əlavə olaraq “Mirror Emoji Keyboard” və “Bitmoji” proqramları elan edilib.
“Android” istifadəçiləri üçün “Remindee” proqramı faydalı ola bilər. Bu proqram bölüşmək düyməsi ilə göndərilməsi mümkün olan hər şeyi xatırladacaq.
“Android” üçün daha bir faydalı proqram “Files Go by Google”dur. Belə ki, bu proqram smartfonda qayda-qanun yaradır və cihazda lazım olmayanları təmizləyir.