29 iyul 2020 15:00
1083

Ağacın dibi betondan təmizlənib

Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı ETSN-yə daxil olan məlumat yerində araşdırılıb.

"İki sahil" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "İNV" MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib: "Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan “məcburi göstəriş" verilib. Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər."