Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 oktyabr 2020 23:01
620

Antalya “Qızıl portağal” film festivalına hazırlaşır

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 57-ci “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 3-də başlayacaq.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan festivalın açılış mərasimi üçün hazırlıq işləri görülür. Festivalda yer alan milli və beynəlxalq filmlər “Ulduzlar altında” adı verilən üç açıq hava səhnəsində, sosial məsafə qaydaları çərçivəsində nümayiş olunacaq.

Festival oktyabrın 10-dək davam edəcək.