07 sentyabr 2019 19:00
777

"Atletiko" 16 yaşlı qapıçı ilə müqavilə imzaladı

"Atletiko" qapıçısı Alexandro İturbe ilə peşəkar müqavilə imzalayıb.

Trend-in məlumatına görə, 16 yaşlı qolkiper 2024-cü ilin yayına qədər Madrid təmsilçisində oynayacaq. "Atletiko" İturbeyə 36 milyon avro qiymət qoyub.

Qeyd edək ki, A.İturbe İspaniya klubunun yetirməsidir.