 
                    Avropa ayrı-ayrı ölkələrdə koronavirusun yenidən yayılması fonunda infeksiyanın ikinci dalğasına hazırlaşır. Bu da yenidən karantin məhdudiyyətlərinin tətbiqi ehtimalını artırır.
Bu barədə "The Guardian" yazıb. Məlumata görə, Belçika hökuməti 17-23 iyul arasında yoluxmanın 71 faiz, 163-dən 279-a qədər artması səbəbindən ölkədə ciddi karantin tətbiq oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Koronavirusun yayılmasını azalda bilməsək, bu, kollektiv bir uğursuzluq olacaq", - Belçikanın Baş Naziri Sofi Vilmes Milli Təhlükəsizlik Şurasının iclasında deyib.
O, vətəndaşları mümkün olduqda evdən işləməyə çağırıb.
İspaniyanın Katalonya bölgəsində yerli hakimiyyət hesab edir ki, virusun yayılması 10 gün ərzində nəzarət altına alınmazsa, yenidən məhdudiyyətlər tətbiq olunacaq. Burada infeksiya yayılması halları klublar və barlarda istirahət edənlər, eləcə də meyvə-tərəvəz yığan mövsümi işçilər arasında daha çox təsbit edilib.
Son iki həftə ərzində Kataloniyada təxminən 8 min, bütün İspaniyada isə 16 min yoluxma qeydə alınıb. Bölgə hökuməti bütün gecə klublarının bağlanmasını əmr edib, Barselona və Lerida barları üçün gecə "komendant saatı" tətbiq olunub.
Fransanın Səhiyyə naziri Olivye Veran gənclər arasında yoluxmaların artmasından sonra insanları daha da ayıq olmağa çağırıb.
Almaniya ictimai səhiyyə məsləhət orqanının rəhbərliyi son bir neçə həftə ərzində yoluxmaların artmasından dərin narahatlıq keçirdiyini bəyan edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klyuqe daha əvvəl bildirib ki, Avropa ölkələri sağlamlıq sistemlərinin gücləndirilməsinə, səhiyyə ocaqlarının, ilkin tibbi yardım və reanimasiya şöbələrinin imkanının artırılmasına xüsusi diqqət ayırmaqla, koronavirus infeksiyasının ikinci dalğasına hazırlaşmalıdırlar.
Onun sözlərinə görə, payızda qitə koronavirusun ikinci dalğası ilə üzləşə bilər ki, bu da qrip və qızılca xəstəliyinin yayılma mövsümü ilə müşayiət olunacaq. //Azvision.az
 Antarktidada kəşf edilən 6 milyon illik buz nüvəsi Yer kürəsinin iqlim sirlərini açır
                                
                                    
                                    
                                
                                
                                
                                    Antarktidada kəşf edilən 6 milyon illik buz nüvəsi Yer kürəsinin iqlim sirlərini açır 
                                 Jan-Mişel Brun: Konqo coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə qitədə mühüm rol oynayır
                                
                                    
                                    
                                
                                
                                
                                    Jan-Mişel Brun: Konqo coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə qitədə mühüm rol oynayır 
                                 Braziliyalı tədqiqatçı: Belçika müstəmləkəçiliyinin fəsadları Konqo, Burundi və Ruandada hələ də davam edir
                                
                                    
                                    
                                
                                
                                
                                    Braziliyalı tədqiqatçı: Belçika müstəmləkəçiliyinin fəsadları Konqo, Burundi və Ruandada hələ də davam edir 
                                 Türkiyə Prezidenti Ankara və Berlin arasında dialoqun Avropanın təhlükəsizliyi üçün əhəmiyyətini bəyan edib
                                
                                    
                                    
                                
                                
                                
                                    Türkiyə Prezidenti Ankara və Berlin arasında dialoqun Avropanın təhlükəsizliyi üçün əhəmiyyətini bəyan edib 
                                 Çin Afrika ölkələrindən gələn malları rüsumlardan tamamilə azad etməyə hazırdır
                                
                                    
                                    
                                
                                
                                
                                    Çin Afrika ölkələrindən gələn malları rüsumlardan tamamilə azad etməyə hazırdır