Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
21 noyabr 2020 19:00
220

Azərbaycan əhalisi üçün ödənişli xidmətlərin ümumi dəyəri 26 % azalıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlər nəticəsində sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar bu ilin yanvar-oktyabar aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 % azalaraq 5 569,2 milyon manat olub.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə hüquqi şəxslər əhaliyə 4 208,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ini təşkil edib.

10 ay ərzində hər bir ölkə sakini orta hesabla 558,3 manatlıq və yaxud illik müqayisədə 193,3 manat az məbləğdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.