14 yanvar 2020 14:20
513

Azərbaycan işğalçı ölkəni günbəgün üstələyir

Prezident İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə Azərbaycan ilə Ermənistanı müqayisə etdi. Dövlətimizin başçısı iki ölkənin iqtisadi göstəricilərini rəqəmlərlə diqqətə çatdırdı. Prezidentimiz haqlı olaraq bildirdi ki, Azərbaycan dünyanın aparıcı təşkilatlarının hazırladığı statistik göstəricilərdə ali, Ermənistan isə üçüncü liqadadır. Bu, işğalçı ölkənin gündən-günə hansı uçuruma sürükləndiyinin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Şəmkir YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Sona Əliyeva deyib.

Sona Əliyeva əminliklə vurğulayıb ki, bu göstəricilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mnaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllində müsbət təsir edəcək. Çünki bir ölkənin gücü onun iqtisadi göstəricilərindən bilavasitə asılıdır. Azərbaycan isə bu mənada işğalçı ölkəni durmadan, gündən-günə üstələyir. Azərbaycan bu gün dünya ölkələri üçün etibarlı tərəfdaşdır. İri, beynəlxalq əhəmiyyətli layihələrə donorluq edir.

“Dövlətimizin başçısının da qeyd etdiyi kimi, keçən il iqtisadi sahədə əldə edilən nəticələr çox yaxşı səviyyədədir. Təkcə 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faizə bərabərdir. Yola saldığımız ildə sənaye istehsalı 1,5 faiz artıb. Buna baxmayaraq, qeyri-neft sektorunda sənaye istehsalında 14 faiz artım müşahidə olunub. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin əyani təzahürüdür”, - deyə o bildirib.