02 may 2019 12:25
793

Azərbaycan kubokunda finalçılar bəlli oldu - VİDEO

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Qol.az-ın məlumatına görə,  hər iki finalçı müəyyənləşib. Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam klubu ilk görüşdə 0:1 hesabı ilə uduzduğu rəqibini 2:1 məğlub edib. Səfər qolu sayəsində finala "Qəbələ" yüksəlib.

Mərhələnin son oyunu da Bakıda keçirilib. “Zirə” evdə “Sumqayıt”ı qəbul edib. Matç 3:3 hesabı ilə başa çatıb. Bununla da, "Sumqayıt" səfər qolları hesabına finala adını yazdırıb. 

Beləliklə, həlledici matçda "Qəbələ" və "Sumqayıt" üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da Naxçıvanda keçiriləcək.


Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

20:00. “Zirə” – “Sumqayıt” - 3:3 
Qollar: Peyman Babayi, 19 (0:1), 27 (0:2),45 (0:3), Pərdis Fərcad-Azad, 47 (1:3), Sezar Rodrigez, 84 (2:3), Şafik Tiqrudja, 90+5 (3:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev 
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0
 

17:00. “Qarabağ” – “Qəbələ” - 2:1
Qol: Miçel, 36 (1:0), Kintana, 58 (2:0), David Volkov, 81 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1