Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 sentyabr 2020 18:51
481

Azərbaycana payız gəldi...

Azərbaycana payız fəsli qədəm qoydu.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "İki sahil"ə bildirilib ki, sentyabrın 22-də yerli vaxtla saat 17:30-da gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 21-də saat 14:02-də qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.