27 oktyabr 2020 11:49
600

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan  torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər  yürüşü dvam edir. Hər gün  qəhraman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar alırıq. Müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Cənab Prezident, Ali Baş  Komandan İlham  Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət  düşmənə həm döyüş meydanında  həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır.Təcavüzkar Ermənistanın  27 sentyabr  tarixindən Azərbaycana qarşı geniş miqyaslı  hərbi əməliyyatlara başladığı vaxtdan bəri cənab Prezident dünyanın  çoxlu sayda məşhur  televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi  müsahibələrdə Ermənistanın  Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə   dünya  ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir. 25 oktyabr 2020-ci il tarixdə  cənab Prezident növbəti müsahibəni  ABŞ-ın məşhur “Fox News” televiziya kanalına vermişdir. Müsahibə vaxtı müxbirin hərbi əməliyyatların başlanması ilə bağlı sualını cavablandırarkən cənab Prezident demişdir: “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi.” Daha sonra cənab Prezident qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticə də işğal altında olan ərazilərin mühüm hissəsi azad edilib.

Azərbaycanın verdiyi reaksiya BMT  Təhlükəsizlk  Şurasınınməlum qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunur du ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyri-şərtsiz  və  dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab  BMT Təhlükəsizlik  Şurasının qətnamələrinə uyğundur.

 Müxbirin hümanitar atəşkəsin pozulması ilə əlaqədar sualını cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Azrbaycan Xarici İşlər naziri, Ermənistanın  Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri humanitar atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər  gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu.

Cənab Prezidentin ABŞ-ın məşhur “Fox News” televiziya kanalına verdiyi bu müsahibəsindən sonra həm qərb mediası həm də onun təmsilçisi anladı ki, Azərbaycan Prezidenti ona qarşı yönəlmiş ən  mürəkkəb suallara belə verdiyi mükəmməl cavablarda dərin məntiqi və məlumatlılığı, yüksək intelektul səviyyəsi ilə  qarşısındakı istənilən jurnalisti tərk-silah etməyə qadirdir. Cənab Prezident, Ali Baş  Komandan növbəti dəfə sübut etdi  və əyani şəkildə göstərdi ki,  sadəcə döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında da xalqın və dövlətin maraqlarını ən yüksək səviyydə qorumaqda davam edir. Cənab Prezident öz xalqının maraqlarını  və mənafeyini qürurla, ləyaqətlə qoruyur.

İnanırıq ki,  cənab Prezident, Ali Baş  Komandan  İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu  tərəfindən  işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın  üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad edilmiş digər yaşayış məntəqələrində qaldırılacaq.

Rauf  Əliyev,

Milli  Məclisin deputatı