08 may 2019 20:59
4464

Badamın faydaları...

Badam sağlamlıq baxımından çox faydalıdır. Badam orqanizmin stress və xərçəng xəstəliklərindən qorunması üçün çox faydalı bir qidadır. Eyni zamanda, qəbizlik, xolesterol və sümük xəstəliklərinə təsiri böyükdür.

Tənəffüs problemləri, öskürək, ürək çatışmazlığı və diabet üçün də faydalı ola bilər.

Beyin sağlamlığı üçün faydalıdır

Badam insan beyninin inkişafı və sağlamlığı üçün lazım olan bir çox element və komponentlərdən ibarətdir. Yalnız böyüklər üçün deyil, uşaqların sağlamlığı üçün də faydalıdır. Alzheimer xəstəliyinin inkişaf etməsi riskini azalda bilər. Bu mövzuda aparılan bir çox elmi araşdırmalar sinir sisteminin ümumi sağlamlığının qorunması üçün badamın lazımlı olduğunu göstərir. Gündə 6-7 ədəd olmaqla müntəzəm olaraq badam istehlakı sağlamlıq baxımından çox faydalıdır.

Xolesterola nəzarət edir

Badamın müntəzəm olaraq yeyilməsi lazımlı və zərərli xolesterol səviyyəsinin qorunmasına yardımçı olur. Bu xüsusiyyəti xolesterol miqdarının nəzarətdən çıxması nəticəsi ilə yaranan bir çox xəstəliyə yoluxma riskini azaldır.

Sümük sağlamlığı üçün faydalıdır

Badam tərkibindəki vitamin və minerallar sayəsində tam bir şəfa mənbəyidir. Bu maddələrin ən vaciblərindən biri fosfordur. O, osteoporoz kimi yaşla əlaqəli problemlərin yaranmasına mane olur və fosforun köməyi ilə sümük və dişlərin müqavimətini artırır.

İmmunitet sistemini gücləndirir

İmmunitet sisteminin düzgün işləməsi üçün bir çox maddəyə ehtiyac var. Bu maddələrdən biri də qələvidir. Badam qələvi baxımından çox zəngin bir qida qaynağıdır. Bu maddə immunitet sistemini gücləndirmək üçün istifadə olunur. Həm də müxtəlif xəstəliklərə səbəb olan qeyri-sağlam şəraitləri aradan qaldırır. Qələvi qatqısı ilə yanaşı, badam vitamin E qarışığı ilə birlikdə güclü bir antioksidana çevrilir. Bu qarışıq immunitet sistemində onlarla və ya yüzlərlə xəstəliyə səbəb olan azad radikalları məhv edən əla antioksidandır. Badamın tərkibində olan bol miqdarda E vitamini xərçəngin inkişafı riskini azaldır və ürəyin sağlamlığını qoruyur. Bununla bağlı aparılan araşdırmalar orqanizmində E vitamini nisbətinin yüksək olan insanların ürək xəstəliklərinə yoluxma riskinin digər insanlardan 30-40% az olduğunu ortaya çıxarıb.

Dəriyə qulluq və badam

Dəri sağlamlığı baxımından badamın faydaları yaxşı bilinir. Badam yağı ilə masaj ümumiyyətlə, yeni doğulmuş körpələr üçün tövsiyə olunur. Badam südü ilə dəri sağlamlığını qoruyan sabunlar istehsal olunur və  kosmetik vasitələrin hazırlanmasında da geniş istifadə edilir.

Qan təzyiqi tənzimləyir

Badamın tərkibindəki kalium qan təzyiqi tənzimləməyə kömək edir. Bundan əlavə, tərkibindəki sodyum meydana gələ biləcək problemlərin qarşısını almaq üçün faydalıdır. Ürək sağlamlığı üçün qan təzyiqinin əhəmiyyəti böyükdür. Buna görə də badam qan təzyiqi balanslaşdırarkən həm də ürək sağlamlığını qoruyur.

Enerji artırır

Badamın tərkibində manqan, mis və riboflavin var və bu maddələr enerji istehsalı üçün maddələr mübadiləsində çox faydalıdır.

Diabet xəstəliyi üçün faydalıdır

Badam xüsusilə, yeməkdən sonra yeyildikdə qlükoza və insulin səviyyəsinin artımını azaltmağa kömək edir. Badam diabet xəstələrində yeməkdən əvvəl və ya yeməkdən sonra meydana gələn şəkərin səviyyəsinin artırılması probleminin qarşısını alır və şəkər səviyyəsini sağlam səviyyədə saxlaya bilir.

Qəbizliyin qarşısını alır

Badamın tərkibinin liflə zəngin olması qəbizliyin qarşısının alınmasına kömək edir. Gündə 4, 5 ədəd belə olsa badam yesəniz həzm prosesini asanlaşdırar və həzm sisteminin yorğunluğunun qarşısını alar.

Röya Rasimqızı, “İki sahi”