11 oktyabr 2019 11:14
771

Bakı-Dubay sərnişin təyyarəsi Şirazda məcburi eniş edib

Bu gün səhər saatlarında Bakıdan Dubaya uçan “Fly Dubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İran Şiraz şəhərinin hava limanına məcburi eniş edib.

AZƏRTAC xəbər verir ki, təyyarənin yanına təcili tibbi yardım və yanğınsöndürən maşınlar gəlib. Şirazın beynəlxalq hava limanının rəisi Ehsan Ostavari jurnalistlərə bildirib ki, pilotlar təyyaradə tüstüləmə gördükdən sonra aeroportdan yenmək üçün icazə alıb və onlara icazə verilib.

Təyyarədəki 124 sərnişin və 6 ekipaj üzvü təxliyyə edilib. Şirkətin mütəxəssisləri hadisə yerinə yola düşüblər. Sərnişinlər başqa təyyarə ilə yola salınacaq.