15 fevral 2020 14:25
1530

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına start verilib

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır.
Turnirdə ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edirlər.
İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.