16 mart 2020 17:30
1601

Bakıda daha bir gimnastika yarışı təxirə salındı

Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

"Report" Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Dünya Kuboku 24 - 26 apreldə keçirilməli idi.