31 iyul 2020 10:50
164

Bakının bir neçə rayonunda suyun verilişi dayanıb

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

"Azərsu'" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlətdən üzr istəyir.