13 yanvar 2020 13:58
202

"Barselona"nın baş məşqçisi bu gün istefaya göndərilə bilər

Bu gün İspaniyanın “Barselona” klubunun direktorlar şurasının yığıncağı keçiriləcək.

İclasın əsas müzakirə mövzusu baş məşqçi Ernesto Valverde olacaq.

55 yaşlı mütəxəssisin taleyinə də məhz bu yığıncaqda aydınlıq gələcək. O, bu gün istefaya göndərilə bilər.

Qeyd edək ki, E.Valverde 2017-ci ilin iyulundan “Barselona”nın baş məşqçisidir. Ardıcıl iki mövsüm komandaya çempionluq qazandıran mütəxəssisin yetirmələri cari çempionatın da lideridir. /Apasport.az