08 noyabr 2019 11:27
62

Baş prokuror Abşeron rayonunda vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il noyabrın 15-də saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və Şuşa rayonları sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbulla bağlı vətəndaşların qeydiyyatı və Abşeron rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.