05 yanvar 2021 14:57
3530

Bayram Kərimov: Yaralı olsam da, dəhşətli işgəncə verirdilər

Döyüş başlayanda Şuşada yaralandım. 2 gün yaralı qaldım, əsir düşdüm.

"İki sahil" xəbər verir ki, bunu erməni əsirliyindən qaytarılan Azərbaycan əsgəri Bayram Kərimov deyib.

O bildirib ki, Şuşada əsir götürülərkən huşunu itirib: "Gözümü açanda gördüm ki, Ermənistandayam. Ayağıma iynə batırırdılar. Dəhşətli işgəncələr verirdilər mənə. Heç nəyə baxmırdılar. Yaralı olsam da, dəhşətli işgəncə verirdilər. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, məni ailəmə, vətənimə qaytardı".