04 dekabr 2019 15:04
747

Belçikalılar yaraşıqsız Yeni il yolkasını dəyişdirə biliblər

Belçikanın Udenaard şəhərinin sakinləri çoxdan gözlənilən yükü daşıyan maşının mərkəzi meydana daxil olduğu vaxt onun üzərində çox az rast gəlinən eybəcər bir yolka görüblər.

AZƏRTAC xəbər verir ki, qarşılayanlar arasında olan şəhər meri də qaldırıcı kranın bu yaraşıqsız yolkanı quraşdırmaq üçün havaya qaldırdığı vaxt onu qəbul etməkdən imtina edib. Şəhər sakinləri isə öz etirazlarını hay-küylə və fit çalaraq bildiriblər. Bunu görən sürücü telefonla tədarükçü şirkətin menecerlərinə zəng vuraraq vəziyyəti izah edib. Qarşı tərəf ona yolkanı təkrarən maşına yükləməyi və bazaya qayıtmağı tapşırıb.

Tezliklə şəhər sakinləri üçün yeni yolka göndəriləcək.