19 yanvar 2021 16:01
657

"Benfika"da kütləvi yoluxma qeydə alınıb

Portuqaliyanın "Benfika" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-da götürülmüş testlərdən 17-si müsbət çıxıb.

İnfeksiyaya yoluxanlardan neçəsinin futbolçu olduğu açıqlanmır. Komanda 14 günlük karantinə alınıb. Lissabon təmsilçisinin bu müddət ərzindəki oyunlarının təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, "Benfika" ölkə çempionatında 3-cü pillədə qərarlaşıb. Avropa Liqasında pley-offa yüksələn komanda bu mərhələdə İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq.