23 sentyabr 2019 20:34
606

BMT Qaşıqçının qətlindəki əsl günahkarı qınadı

BMT “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsində məhz bu ölkəni günahkar sayır.

Publika.az xəbər verir ki, BMT İnsan Haqları Şurası jurnalistin ölümü və ölkədə insan haqlarının pozulması ilə bağlı Səudiyyə Ərəbistanını qınayıb.

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də vəhşicəsinə qətlə yetirilmişdi. Onun qətlində iştirak edənlərin bəziləri haqqında edam cəzası tələb olunur.