Boeing şirkəti əfsanəvi "Boeing 747" təyyarəsinin istehsalını 2022-ci ildə dayandıracağını açıqlayıb.
Şirkətin açıqlamasında cari dinamika və bazar perspektivləri nəzərə alınmaqla bu qərarın verildiyi bildirilir.
Məlumata görə, 2016-cı ildən bəri zavoddan yalnız altı "Boeing 747-8" təyyarəsi çıxıb, şirkət onların hər birinə görə 40 milyon dollar itiib. Son sifariş 2017-ci ildə qəbul edilib.
"Boeing 747"nin ilk uçuşu 1969-cu ildə baş tutub və 1970-ci ildən istismara başlayıb. Ümumilikdə, müxtəlif modifikasiyalı 1,5 mindən çox təyyarə istehsal edilib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir