21 mart 2020 13:53
1561

Böyük Britaniyada təqaüdə çıxan həkim və tibb bacılarının işə qayıtmaları istənilib

Böyük Britaniyada 65 mindən çox təqaüdə çıxan həkim və tibb bacılarının işə qayıtmaları istənilib.

AZƏRTAC xəbər verir ki, hökumət üç il ərzində tibb peşəsini tərk edən hər kəsi koronavirus böhranı zamanı kömək etməsi üçün işə qayıtmağa çağırıb.

Tibb sahəsi üzrə təhsil alan tələbələrə müvəqqəti işlər veriləcəyi açıqlanıb.

Təqaüdə çıxmış təcili yardım xidmətinin işçiləri, həmçinin yaxınlarda təqaüdə çıxmış 70 yaşdan aşağı yanğınsöndürənlərin də geri qayıda biləcəyi iddia edilib.

London meri Sadiq Xan bu yaxınlarda istefada olan polis məmurlarına da inzibati funksiyaları yerinə yetirə bilmək ümidi ilə məktub göndərildiyini bildirib.