06 noyabr 2019 15:05
696

BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.

“Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.