Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 22:46
315

Bu gecədən humanitar atəşkəs elan olundu

Azərbaycan və Ermənistan arasında bu gecədən humanitar atəşkəs elan olundu

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

"İki sahil" XİN-in saytına istinadən xəbər verir ki, bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.