25 iyul 2020 23:24
514

Buraxılış imtahanlarının nəticələri elan olunub

23-24 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanların nəticələri 25 iyul saat 22:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.