17 may 2020 12:02
469

Cəmil Həsənli öz maraqlarının təmin olunması uğrunda addımlar atır

Elşad Musayev: Cəmil Həsənli heç kəsin göz yaşına baxmayaraq öz maraqlarının təmin olunması uğrunda addımlar atır

Amerikada ərə getdiyini bəyan edən bir azərbaycanlı homoseksual haqqında "Milli Şura"nın bir neçə üzvü yumşaq və sərt formada ifadələr işlədib. Okeanın o tayında olan "Milli Şura" sədri Cəmil Həsənli isə birmənalı şəkildə onun tərəfini tutub, ondan, onun təmsil olunduğu üzdəniraq təşkilatdan üzrxahlıq edib. MŞ-nın yaradıcılarından olan və rəhbərlikdə təmsil olunan iki nəfəri bu mövqeyi ilə təşkilatdan istefa verməyə məcbur edib.

Bunu Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Partiya sədrinin sözlərinə görə, heç kəs deyə bilməz ki, Cəmil Həsənli bu addımı təsadüfi atıb: "İllərin təcrübəsi göstərir ki, Cəmil müəllim öz maraqlarını çox yaxşı güdür. Heç kəsin göz yaşına baxmayaraq öz maraqlarının təmin olunması uğrunda addımlar atır. Cəmil Həsənli öz maraqları naminə Elçibəyin yanından deputat mandatı üçün Əli Kərimlinin, Əli Kərimlinin yanından, hakimiyyətin, paralel olaraq da Fərhad Əliyevin, Fərhad Əliyev və deputat mandatı əldən çıxanda Rüstəm İbrahimbəyovun, oradan yenə Əli Kərimlinin, indi də ABŞ-da müəyyən gizli dairələrin - hətta bu dairələr homoseksuallar və onların dəstəkçiləri olsa belə önların cərgəsinə keçir:

"Onda daha hörmətli idiniz. Parlamentdə otururdunuz, yaxşı kitablar yazırdınız. İndi sadəcə cib müxalifətisiniz. Özü də üzdəniraqların, onların ağalarının və sizə maliyyə verən hər kəsin..."