Tarixi gerçəklik budur ki, Tural Sadıqlı, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Qənimət Zahid, Orduxan Teymurxan, Qabil Məmmədov, Sevinc Osmanqızı kimi xəyanətkar, avantürist, riyakar və fırıldaqçılar dəstəsinin səs-səsə verərək Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmalarının arxasında müəyyən xarici ölkələrin xüsusi xidmət orqanlarının və lobbi qruplarının dayandığı açıq-aşkar görünür. Psixi-ruhi cəhətdən çatışmazlığı olan bu qaragüruhçuların indiki fəaliyyətinə diqqət edəndə baş verənlərin onların insani-psixi keyfiyyətlərindən qaynaqlandığını demək xüsusilə yerinə düşər. Xəyanətkarlıq, satqınlıq, pul-para müqabilində tarixi düşmənlərimizin qarşısında ikiqat əyilərək Azərbaycan dövlətinə və dövlətçiliyimizə qarşı təbliğat aparan qərəzli dairələrin köləliyini məmnuniyyətlə qəbul etmək isə məhz həmin keyfiyyətlərin parametrlərindəndir.
Bu gün ölkədəki dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin bəzi ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan bu melanxoliklərin əməllərinə, sosial şəbəkələrdə, internet TV-lərdə çıxışlarının hər cümləsindən, onların ritorikasından Azərbaycan əleyhdarı olan dairələrin sifarişlərinin, təlimatlarının və çirkli pullarının iyi gəlir. Necə deyərlər, əskinas keşişin cibinə düşür, günahkarın ruhu rahatlıq tapır.
Çünki Vətən təəssübü, yurd sevgisindən məhrum olan bu başıpozuq dəstənin üzvlərinin sosial şəbəkələrdəki ölkəmizin əleyhinə olan çıxışları onların savadsız, kütbeyin, intellektsiz, dar dünyagörüşə, xəyanətkar xislətə, idraksızlığa malik olduqlarına dəlalət edir. İdraksızlıq isə q. məmmədovların, t.sadıqlıların, m.mirzəlilərin, q.zahidlərin və onlarla işbirliyində olan dağıdıcı müxalifət təmsilçilərinin - AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin bu qurumun Koordinasiya Mərkəzinin üzvü olan Gültəkin Hacıbəyli, Tofiq Yaqublunun, Müsavat Partiyasının başqanı Arif Hacılı və digərlərinin ən böyük bəlalarından biridir. Duyğusuz, qavrayışsız, hafizəsiz təfəkkür və təxəyyülsüz belələrindən idraka aid nəsə gözləməyin özü susuz səhradan çicək arzulamaq kimi bir şeydir. Belələri üçün Həzrəti Əli deyirdi ki, təfəkkürlə keçməyən ömürdə xeyir yoxdur! Hər bir sahədə insana ilkin istiqamət verən təfəkkürdür. Təfəkkür olmadığı təqdirdə insan dəryada istiqamətini itirmiş gəmi kimidir. Əsən “yellər” onu doğru olmayan istiqamətlərə aparar.
Bu torpağın suyunu içib, çörəyini yeyən, sonra da ona qarşı xəyanət yolunu tutan bu mühacir müxalifət qaragüruhunda zərrə qədər idrak, Vətənə məhəbbət olsaydı onlar xeyiri şərə dəyişməz, məskunlaşdıqları ölkələrdə xüsusi xidmət orqanların və anti-Azərbaycan dairələrin toruna düməzdilər. Onlar beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, gerçəklikləri dəyərləndirirək bu gün mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyimizin təbliğatını aparardılar.
Dünya erməniliyinə xidmət edən bu antimilli ünsürlər bunun əksini edirlər. Bütün milli-mənəvi dəyərlərə, əxlaqi-insani keyfiyyətlərə zidd hərəkətlərə yol verərək internet TV-lərdə ermənipərəst dairələrin sifarişlərinə uyğun olaraq Azərbaycanın əleyhinə şər-böhtan kampaniyası aparır, sağa-sola təhqir və söyüş püskürürlər. Əslində bunların çoxu heç ana dilində iki cümləni ard-arda qoşub öz fikirlərini doğru-dürüst ifadə edə bilmirlər. Yaxşı olardı ki, belələri məskunlaşdıqları Almaniyada süpürgə götürüb küçə süpürər, Hollandiyada, Fransada əlinə çomaq alıb inək otarar, beləliklə də halal çörək qazanardılar. Bu, onlara daha çox yaraşar və şərəf gətirərdi. Həm də belə olsaydı onlar bir qarın çörəyə satılaraq Azərbaycanın düşmənlərinin toruna düşməz, yönəldilə bilən bir qrupa çevrilməzdilər. Bu baxımdan bu günlərdə siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin işturakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda baş tutan “dəyirmi masa”da da qeyd edildiyi kimi, bu xəyanətkar dəstənin Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir.
Buna görə də bu gün cəmiyyətimiz, hər bir Azərbaycan vətəndaşı erməni lobbissi ilə çiyin-çiyinə verərək eyni cəbhədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, onun beynəlxalq imicinə ləkə yaxmaq üçün dəridən-qabıqdan çıxan, erməni fondlarının maliyyələşdirdiyi satılmış, xəyanətkar və mənfur mühacir müxalifətə qarşı prinsipial və güzəştsiz olmalıdır.
Zahid Rza,
“İki sahil”