16 yanvar 2020 20:41
268

Çempionlar Liqasının formatı dəyişir?

Avropanın top-komandaları qitənin bir nömrəli klub turniri hesab olunan Çempionlar Liqasının genişləndirilməsi ilə bağlı razılığa gəlib.

Yeni anlaşma turnirin formatında dəyişikliklərə səbəb olacaq.

Dəyişikliklərin detalları hələlik açıqlanmır. Amma bunun oyun sayına təsir edəcəyi məlumdu. Yeni formata əsasən, Çempionlar Liqasında komandalar 4 oyun artıq keçirəcək. Lakin hələlik bu görüşlərin qrup mərhələsinə, yoxsa təsnifat raundlarına təsadüf edəcəyi bilinmir. //fanat.az