15 noyabr 2026 23:00
67

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı başa çatıb

Noyabrın 15-də Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı başa çatıb.

Son yarış günündə qadınlar arasında -48 kq, -52 kq və -57 kq, kişilərin mübarizəsində isə -81 kq, -90 kq, -100 kq və +100 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

İki gün davam edən çempionatda ümumilikdə 35 klub və idman cəmiyyətindən 167 cüdoçu iştirak edib. Yarışın əsas məqsədi müəyyən olunmuş kvotalar əsasında Azərbaycan çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

Günün medalçılarını təqdim edirik:

Qadınlar

-48 kq  
1. Xədicə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)  
2. Mələkxanım Məmmədova (Judo Club 2012)  
3. Gövhər Hüseynova (Judo Club 2012)

-52 kq  
1. Nərmin Ağamirzəzadə (RKİM)  
2. Çinarə Sadıqova (Qafqaz-Arena İK)  
3. Fəridə Mirzəyeva (Umbayev Sport Klub)  
3. Nuranə Hacızadə (Azəri-Cüdo İKİB)

-57 kq  
1. Səmaya Yusifli (Balaxanı İM)  
2. Yasəmən Əkbəri (RKİM)  
3. Sonaxanım Rzayeva (Judo Club 2012)

Kişilər

-81 kq  
1. Abdullah Rəhmətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)  
2. Məhəmməd Ağakişiyev (Sərhədçi İM)  
3. Asim Qulamzadə (Aydın Gənclər İK)  
3. Natiq Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

-90 kq  
1. Ruslan Nəsirli (Atilla İK)  
2. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)  
3. Amir Xəzriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)  
3. Nurəddin Əliyev (AHİTA)

-100 kq  
1. Fərid İsmayılov (Judo Club 2012)  
2. Eyvaz Nəsibli (DİN İC)  
3. Raul İmanov (Spartak Wrestle Zone)

+100 kq  
1. Murad Hüseynquliyev (AHİTA)  
2. Orxan Yaqubov (Kano PİK)  
3. Rohit Səlimov (Neftçi İK)  
3. Elşən Fərzəliyev (Judo Club 2012)

Komanda hesabında DİN İC (3 qızıl, 1 gümüş)  birinci, “Judo Club 2012” (2 qızıl, 1 gümüş, 3 bürünc) ikinci, RKİM (2 qızıl, 1 gümüş, 1 bürünc) isə üçüncü yeri tutub.