Dağıstanın Qızılyar şəhərində əksəriyyəti uşaq olmaqla 75 nəfərbağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
39-u uşaq olmaqla ümumilikdə 72 nəfər Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. İki böyük və bir uşaq isə müayinədən sonra öz istəyi ilə evə buraxılıb.
Dağıstan Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, hazırda Qızılyar xəstəxanasında kəskin bağırsaq infeksiyası diaqnozu ilə 69 nəfər müalicə alır.
“Report”