Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 16:40
264

Dağlıq Qarabağ münaqişəsində kürdlər də qurban olublar

Nex24.news nəşrində gənc Azərbaycan alimi Asif Məsimovun “Dağlıq Qarabağ münaqişəsində kürdlər də qurban olublar” sərlövhəli məqaləsi dərc edilib (https://nex24.news/2020/09/konflikt-um-bergkarabach-auch-kurden-waren-opfer/).

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Bu münaqişə nəticəsində həlak olanların sayı, müxtəlif hesablamalara görə, 20-30 min həddindədir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonu işğal edib. Bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Müəllif qeyd edir ki, iki ölkə arasında münaqişə dini zəmində yaranmasa da, bu müharibə dövründə Ermənistandan və Dağlıq Qarabağa bitişik ərazilərdən müsəlman kürdlər də qovulub, yezidi kürdlər isə Ermənistanda qalıb. Məqalə müəllifi Ermənistanın monoetniklik və milli azlıqların assimilyasiyası siyasəti barədə yazır. Bundan əlavə, məqalədə Azərbaycan kürdlərinin tarixi və müasir həyatı barədə informasiya verilir, qeyd olunur ki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Azərbaycan kürdləri dünya kürd diasporuna müraciət edərək erməni təcavüzünə son qoyulmasına kömək göstərməyə çağırıblar.