18 mart 2020 18:09
812

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Banqladeşdə koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu ölkədə koronavirusdan qeydə alınan ilk ölümdür.

Virusun qurbanı olan 70 yaşlı qadının daha öncə də səhhətində problemlər yaranıbmış.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 204 047-yə çatıb. Bunların 82 866 nəfəri sağalıb, 8 250 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.