UECC nəqliyyat şirkəti Rotterdamda “Autosky” gəmisində dəniz bioyanacağının ilk partiyasının sınağına başlayıb. Yeni bioyanacaq işlənmiş mühərrik yağının və yanacağın qalıqlarından əldə edilib.
AZƏRTAC “Nauka i texnika” saytına istinadla xəbər verir ki, BFO GoodFuels gəmi mühərriklərində dəyişiklik tələb etməyən qalıq yanacağa ekvivalent olan ilk bioyanacaqdır. Bu, adi yanacaq çəlləyinə düşərək CO₂ birləşməsini, demək olar, yox edir. Kükürdün yoxluğu səbəbindən isə ondan distilləedilmiş yanacağın əvəzində istifadə oluna bilər. “GreenCarCongress” nəşrinin məlumatına görə, ilkin tədqiqatlar üçün 3 min ton bioyanacaqdan istifadə olunur. Sınaq üç ay davam edəcək.
Şirkət nümayəndələrinin fikrincə, bioyanacaqdan istifadə nəticəsində CO₂ tullantılarının miqdarı xeyli azalacaq. Bu sınaqlar onun gəmi yanacağı kimi texniki baxımdan yararlığını sübut etməyə imkan verəcək.
Sınaq dövründən sonra UECC və GoodFuels şirkətləri dəniz bioyanacağından istifadənin davam etdirilməsi variantlarını araşdıracaqlar.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib