13 avqust 2020 12:45
1119

Deputat imtahanda yüksək nəticə göstərmiş abituriyentlərlə görüşüb

Məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər. İyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Nizami rayonunda yerləşən 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı və 229 nömrəli tam orta məktəbin məzunu Rəfiyeva Nəzrin Bənamil qızı 297 bal toplayıblar.

Bu münasibətlə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva məzunlarla online formatda görüşüb. Deputat yüksək nəticə göstərən abituriyentləri təbrik edib, onlara uğurlar arzulayıb. Növbəti mərhələdə də yüksək nəticə göstərməyi, tələbə adını qazanmağı, Vətənə layiq övladlar kimi yetişmələri barədə arzularını dilə gətirib. Sədaqət Vəliyeva onların təhsil sahəsində göstərdikləri uğurları ümumən ölkə gəncliyinin adına yazılan nailiyyət kimi dəyərləndirib.

Abituriyentlər də öz növbələrində təşəkkürlərini bildiriblər və növbəti mərhələdə də yüksək nəticə göstərəcəklərinə söz veriblər.