29 iyun 2020 14:12
1383

DİQQƏT: SMS-icazə sisteminə limit qoyulub

Azərbaycanda SMS icazə ilə bağlı yenilik olub. “İki sahil” xəbər verir ki, artıq 8103 SMS icazə sistemi vasitəsilə yalnız bir kodla yaşayış yerini tərk etmək mümkündür.  Əhali bir gün ərzində 1 rəqəmi ilə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün icazə alırdısa, 2 rəqəmini yollamaqla ərzaq və digər gündəlik tələbatını yerinə yetirə bilərdi. Artıq icazə üçün SMS limiti var: yalnız bir dəfə müraciət etmək olar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub: “Vətəndaşlarımıza dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Amma bu hallar çox yaşandığından SMS icazəyə limit qoyulub və bundan gündə yalnız bir dəfə istifadə etmək olar”.