22 sentyabr 2019 13:28
211

Dörd ayaqlı, üç qollu qız doğuldu

Hindistan görənləri məəttəl qoyan bir doğum hadisəsinə şahid olub. Bir qadın dörd ayaqlı, üç qollu qız uşağı dünyaya gətirib.

Oxu.az xəbər verir ki, həkimlər artıq olan ayaq və əllərin götürülməsi ilə uşağın normal həyat sürə biləcəyini bildiriblər.

24 yaşlı qadın iki oğlan, bir qız övladı dünyaya gətirib. Oğlanların vəziyyəti yaxşı olsa da, qızda dördüncü övladın əl və ayaqları inkişaf edib.

Ananın və digər uşaqların vəziyyəti yaxşıdır. Uşaqların atası deyib ki, arvadının iki uşağa hamilə olduğunu öyrəniblər, bundan sonra həkimə getməyə ehtiyac duymayıblar.