24 iyun 2020 23:47
1201

Dövlət Departamenti Azərbaycanın terrorla mübarizəsini yüksək qiymətləndirdi

“2019-cu ildə Azərbaycan hökuməti ölkə ərazisi və Cənubi Qafqaz daxilində terror cəhdlərinin qarşısını almaq, aşkar və məğlub etmək üçün fəal iş aparıb”.

“2019-cu ildə Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısını almaq istiqamətində əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxsləri və Azərbaycandan kənarda terrorçu qruplara qoşulmaq və ya onları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlıları həbs edərək cinayət məsuliyyətinə cəlb edib”.

“İki sahil” “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı ötən il üzrə hesabatında bildirilib.

Hesabatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətləri öz aralarında, regional və beynəlxalq tərəfdaşlarla terrorizm məsələləri üzrə informasiya mübadiləsi həyata keçiriblər.

Hesabatda Azərbaycanın 120 sülhməramlı hərbçisi ilə NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhvə verdiyi də qeyd olunub.