12 mart 2020 20:33
2597

Dünya xalqları nələri uğursuzluq əlaməti hesab edirlər?

Planetimizin müxtəlif guşələrində müxtəlif xalqlara məxsus maraqlı inanclar, uğursuzluğa yozulan əlamətlər var. Bəzi xalqlar gün batandan sonra dırnaq kəsmirlər, bəzi xalqlarda istiotun dağılması, bəzilərində isə gəncləri tərifləmək yaxşı əlamət sayılmır. Aşağıda müxtəlif xalqlarda nəhs sayılan digər belə əlamətlərlə tanış ola bilərsiniz:

Əgər Çexiyadasınızsa, içərisində pivə olan badəyə başqa növ pivə heç vaxt süzməyin. Onlar bu halda başlarına bir bədbəxtlik gələcəyinə inanırlar. 

Yunanıstanda 13 rəqəmli tarixində düşən çərşənbə axşamı günü nəhs gün hesab edilir. 

Amerikanlar 13 rəqəmli tarixə düşən cümə günündən ehtiyat etdikləri kimi yunanlar da belə çərşənbə axşamından qorxurlar. Yunanlardakı bu qorxu 1204-cü il 13 aprel tarixdə Konstantinopola xaç yürüşlərindən qaynaqlanır.

Bəzi Latın Amerikası ölkələrində çərşənbə axşamında toy etmək bədbəxtliyə yozulur.

İkinci günlə bağlı mənfi inanclar Latın Amerikasında da mövcuddur. Orada belə bir deyim var, “Çərşənbə günləri evlənmə, uzaq yol getmə, evdən çıxma”

Çinin balıqçılıqla məşğul olan rayonlarında bişirilən balığın üzünü çevirmək nəhs sayılır. Onlar bu zaman  dənizdə fırtına olacağına, gəmi qəzalarının baş verəcəyinə inanırlar.

Avropanın bəzi yerlərində isə siqareti şamdan alovlandırmaq olmaz. Onlar bu zaman dənizçilərin bədbəxtliklə üzləşəcəyini güman edirlər.

Asiyanın bir çox ölkələrində qürub çağında dırnaq kəsmək olmaz. İnanca görə, bu zaman kəsilmiş dırnaq pis ruhları özünə cəlb edir.

Tacikistanda pulu əldən ələ vermək yaxşı əlamət sayılmır. Bu siyahıya açar, iynə və qayçı da daxildir. İnanca görə, onları digər insana verərkən stolun üzərinə qoymaq lazımdır.

Avropanın bir çox yerlərində və Asiyanın qərbində yoldan unudulmuş əşyanın dalınca geri qayıtmazlar. Çox vacib olub qayıtdıqda isə mütləq güzgüyə baxmaq və gülümsəmək və sonra evdən çıxmaq şərtdir.

Türkiyədə üzərində ay əks olunmuş sudan içmək olmaz. Lakin ayın işığının əks olunduğu suda çimən adamın gözəlləşəcəyi, ay kimi işıq saçacağı inancı var.

Serbiyada körpələri əzizləmək olmaz. Əvəzində “Nə çirkin uşaqdır” ifadəsini işlədirlər.

Bəzi Afrika ölkələrində bayquş bədbəxtlik rəmzidir. Onlar bayquşun xəstləlik, hətta ölüm gətirdiyinə inanırlar.

Almaniyada ad günü münasibətilə insanları qabaqcadan təbrik etmək olmaz.

19-cu əsrdə Uelsdə adətlərə görə, altı ayına qədər uşaqların dırnaqlarını kəsmirdilər. Xalq arasında dırnaqları kəsilmiş uşağın böyüyüb oğru olacağına inanırdılar.

Nubar Süleymanova, “İki sahil”