 
                    20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məclisində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı guşə təşkil edilib.
"İki sahil" xəbər verir ki, guşədə Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablar sərgilənib. Onların arasında Sabir Şahtaxtının “Soyqırımdan Xocalıya...”, “Böyük Ermənistan xülyası: faktlar və sübutlar”, Kəbutər Haqverdinin "O gecə qar qan rəngindəydi” əsərləri və digər nəşrlər olub.
Azərbaycan diasporunun fəalları Samir İsgəndəroğlu, Mehriban Paşayeva, Vəfa Aktuz və Sara Zeynalova nəşrlər barədə ziyarətçilərə ətraflı məlumat veriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, sabiq baş nazir Binəli Yıldırıma, Türkiyə parlamentinin sədri Mustafa Şentopa, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalıya, digər fraksiya rəhbərlərinə və millət vəkillərinə kitablar hədiyyə olunub.
“Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı sərginin təşkil olunmasında məqsəd - Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə töhfə verməkdir. Soydaşlarımız bu layihəni Türkiyənin ali təhsil müəssisələrində, mədəniyyət mərkəzlərində və qalereyalarında da həyata keçirmək niyyətindədirlər.
 Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
                                
                                    
                                    
                                
                                
                                
                                    Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər 
                                 Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib 
                                 Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib