16 mart 2020 16:20
3168

Dünyadanın ən maraqlı festivalları - FOTO

Hər il dünyada minlərlə festival keçirilir. Dünyanın müxtəlif yerlərində minlərlə insan meydana çıxaraq maraqlı hekayələrlə bu festivallarda hər il iştirak edir. “İki sahil” dünyanın ən məşhur 10 şənliyini təqdim edir.

La Tomatina - İspaniya

Bunu görənlər israf edilmiş ton pomidorlara təəssüf hissi keçirdiklərini bildirsələr də bu festivalın İspanlar üçün başqa mənaları var. Valensiya yaxınlığındakı Bunolda keçirilən festival cəmi bir neçə saat davam edir. Festival zamanı hər kəs bir-birinə tonlarca pomidor atır.

Notting Hill - London

Notting Hill dünyanın ən böyük iştirakçı olan tədbirlərindən biridir. Festival zamanı yüz minlərlə insan Londonun Notting Hill bölgəsində rəngli və cəsarətli paltarları ilə gəzintilərə qatılırlar. İlk dəfə 1960-cı illərdə Londonda yaşayan afrikalı mühacirlərin mədəniyyətlərini tanıtmaq və böyütmək üçün başlanan festival yüz minlərlə insanın qatıldığı bir şənliyə çevrilib.

Rio Carnival - Rio de Janeiro

Dünyanın ən məşhur festivalı olan Rio Carnival Braziliyaya gəldikdə ağla gələn ilk şeylərdən biridir. Karnaval hər il Rio-de-Janeyroya minlərlə turistin gəlməsini təmin edir. Tarixi 18-ci əsrə aid olan festival zamanı iki milyona yaxın insan Rio-de-Janeyro küçələrində samba rəqsi edir.

Venesiya karnavalı - Venesiya

Dünyanın ən məşhur festivallarından biri olan Venesiya karnavalı təşkil edildiyi vaxt küçələrə çıxan bir hadisədir. Festival boyunca insanlar rəngarəng geyimlər və maskalarla küçələri bəzəyirlər.

Ölülər günü - Meksika

Dünyanın ən qəribə festivallarından biri olan və o qədər də məşhur olan Ölülər günü hər il noyabrın 1-də qeyd olunur. Festival çərçivəsində minlərlə insan həyatını itirən yaxınlarının xatirəsini anmaq üçün toplaşırlar. Ancaq minlərlə insan eyni anda ölən qohumlarını rəngarəng paltar və çiçəklərlə xatırlamaları maraqlı görüntülərə səbəb olur.

Loi Krathong - Tayland

Hər il Tailandın cənub-qərbində başlayan festivalda Tay inancı mərasimləri yer alır. Göllərin və çayların sahillərində toplanan insanlar inandıqları tanrılara hörmət göstərmək üçün su zanbağını silkələyirlər. Bu gün festival yalnız Taylandla məhdudlaşmır, ancaq qonşu ölkələr - Laos və Kamboca kimi ölkələrə yayılıb.

Krampusnacht - Avstriya

Yarım insan, yarı keçi və davranışsız uşaqları cəzalandıracağına inanılan Krampus adına keçirilən festivalda minlərlə avstriyalı keçi buynuzu fiqurları ilə əylənirlər.

Haro Vino festivalı - İspaniya

İspaniyadan daha bir mübahisəli festival... Hər il iyun ayının son üç günündə Haro şəhərində keçirilən festivalda iştirakçılar bir-birlərini isladırlar.

Holi - Nepal və Hindistan

Nepalda başlayan və daha sonra Hindistanda da qeyd oluna bu festivalın dini mənası var. Hindi inancı çərçivəsində baş tutan festivalda iştirakçılar bir-birlərini rənglə boyayırlar.

Famadihana - Madaqaskar

Afrikanın ada ölkəsi olan Madaqaskarda dünyanın ən qəribə festivallarından birini keçirir. Famadihana adlı festival zamanı insanlar ölmüş qohumlarını qəbirlərindən çıxarır və müxtəlif rəqs nümunələri ilə qeyd edirlər.