02 dekabr 2020 16:27
1481

Dünyanın ən dərin hovuzu istifadəyə verilib

 Polşanın Varşavaya yaxın, Mşonuve adlı yaşayış məntəqəsində “Deepspot” adlandırılan dünyada ən dərin sayılacaq hovuz istifadəyə verilib. Onun dərinliyi 45,7 metr, ümumi su tutumu isə 8 min kubmetr təşkil edir.

 Hovuz dayvinq mərkəzində yerləşir. Hovuzun dekorasiyası maya məbədləri kimi edilib, içərisində "beşmərtəbəli" mağaralar, 5 metr dərinlikdə sualtı tunellər və otel otaqları vardır.

Qeyd edək ki, “Nemo 33”adlı 33 metrlik belə bir otel 2004-cü ildə Brüssel yaxınlığında açılmışdı, 2014-cü ildə isə İtalyada “Y-40 Deep Joy” adlı 42 metr dərinliyi olan hovuz istifadəyə verilmişdi.

Nubar Süleymanova,

“İki sahil”