22 yanvar 2020 10:45
2440

Dünyanın ən yaxşı təhsil sisteminə sahib ölkələri

Ali təhsil sistemi lisenziya və magistratura proseslərini özündə cəmləşdirən bir quruluşdur və keyfiyyəti bir çox parametrlərlə qiymətləndirilir. Xaricdə təhsil almaq və hansı ölkədə təhsil almağa qərar verməyə çətinlik çəkən oxucularımız üçün dünyanın ən yaxşı ali təhsil sisteminə malik olan 10 ölkəni təqdim edirik.

ABŞ

Amerikadakı fərqli mədəniyyətlər və şəhərlər akademik üfüqlərinizi genişləndirmək üçün bir çox universitetlə sizi gözləyir. Dünyaca məşhur universitetlərə sahib olan Amerika  özünəməxsus təhsil təcrübəsi ilə dünyanın hər yerindən gələn tələbələr üçün aparıcı seçimlərdən biridir. Həm tələbələr, həm də işəgötürənlər Amerikanın uğurlu akademik infrastrukturuna və təhsil müəssisələrinin hərtərəfli tədris planlarına böyük rəğbət bəsləyirlər.

Birləşmiş Krallıq

İngiltərə uzun müddətdir qurulmuş mədəni irsi və kosmopolit quruluşu ilə xaricdə təhsil almaq üçün ən populyar ölkələr sırasındadır. İngiltərənin yüksək təhsil keyfiyyəti karyera hədəflərinizi genişləndirmək üçün əla imkanlar vəd edir. Dünyadakı ən qədim və təcrübəli universitet sistemi ilə, həm də müasir və interaktiv qaynaqları ilə fəxr edən ölkə hər il xaricdən təxminən 240.000 tələbə üçün qapılarını açır. Ali təhsil ənənəsinin ən qədim sahiblərindən biri olan İngiltərə dünya sıralamasında 4-cü Oksford, 6-cı Kembric və 8-ci London İmperial Kollecidir.

Kanada

Kanada ali təhsili  başqalarına nisbətən Amerika ilə oxşardır. Əlbəttə ki, İngilis sistemindən təsirlər də var. Kanadanın hər bir bölgəsində və şəhərində universitetlər də daxil olmaqla bütün təhsil səviyyələri təklif olunur. Kanadada beynəlxalq tələbələr üçün bir çox təqaüd seçimləri mövcuddur. Kanada xarici tələbələrin üstünlük verdiyi ölkələrdən biri olduğuna görə vərdişetmə müddəti uzun çəkməyəcək və ən əsası ali təhsil sistemi xaricdən gələn tələbələr üçün imtiyazlar təqdim edir.

Almaniya

Dünyanın ən qabaqcıl universitetlərinin yerləşdiyi Almaniyada təhsil haqqının yox sayılacaq dərəcədə az olması, beynəlxalq tələbələr arasında təhsil məqsədləri üçün ən çox seçilən ölkələrdən birinə çevirib. Almaniya  bir sıra çoxmillətli şirkətlərə ev sahibliyi etməklə yanaşı, onu seçənlərə dinamik, mədəni və məmnunedici bir təhsil  təcrübəsi təqdim edir.

Fransa

Fransanın mətbəxi, romantik dili və zəngin mədəni irsi ilə bütün dünyada tələbələri özünə cəlb etməsi  təhsil üçün ən çox seçilən ölkələrdən biri olması təəccüblü hal deyil. Fransa təhsildə çox iddialıdır və iş məktəbləri və tədqiqat sahəsindəki güclü xüsusiyyətləri ilə tanınır. Bundan əlavə, Fransa dövlət universitetlərində təhsil haqları çox əlverişlidir.

Təhsil sistemi baxımından dünyada məşhur olan digər ölkələr arasında İsveçrə, Avstraliya, Cənubi Koreya, İsveç və Yaponiya  ilk 10-luqda öz yerlərini möhkəmləndiriblər.

Samirə İsmayılova, “İki sahil”