22 may 2020 13:28
193

Əli Əliyev rəis təyin olundu

Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin olunub. 

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Əli Əliyev Metropolitendə Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə polis polkovniki Samir Hüseynov idi. O, bir neçə gün əvvəl işdən çıxarılıb.