08 oktyabr 2019 16:34
1411

Əli Kərimli gəlmədi, piket başa çatdı

Bu gün müxalifətin Milli Şura adlı radikal qrupu Bakı şəhərində icazəli piket keçirib.

Azvision.az-ın məlumatına görə, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutub. Piketdə maksimum iştirakçı sayı 50 nəfər müəyyən edilib.

Milli Şuranın bugünkü piketinə təşkilatın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar.

Bundan əlavə, bir qrup cəbhəçi aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşları onların təxribatçı cəhdlərinin qarşısını alıblar.

Çıxışlardan sonra piketin başa çatdığı elan edilib.