08 oktyabr 2019 10:27
107

Əli Kərimlinin dağılan tifaqı

Mitinq keçirməklə   özünü gündəmdə saxlamaq istəyən  AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın bu cəhdi də baş tutmadı. Özünə oxşar satqınların saytlarında xəyanət  missiyasını  yerinə yetirən  Əli Kərimlini məyus edən məqamlar “islahatçı sədr”in mitinq təşəbbüsünün  üstünə kölgə saldı.  Səbəbi Əli Kərimliyə də aydın idi.  Azərbaycanın dünyada  möhkəmlənən mövqeyinə xələl gətirmək üçün trollarını, xarici ölkələrdə dilənçilik edən şəbəkəsini köməyə çağırsa da,  yenə də  istəyinə çata bilmədi. Bu mənfur niyyətin qarşısında dayanan qüvvə isə Azərbaycan həqiqətləri, ölkəmizin  beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, xalqın əlikərimlilərə nifrəti idi.  Son hadisələr göstərdi ki,    Əli Kərimlinin pul gücünə formalaşdırdığı “mitinqçilərdə” ondan üz döndəriblər. Sosial bazasının  azlığını dilə gətirməkdən utanan Əli Kərimli  əlacsız qalaraq mitinq üçün ayrılan  Lökbatan  qəsəbəsini də   “uzaq” hesab edir. Paytaxtın mərkəzi meydanlarına yol açmağa çalışır.  Unudur ki, onun sözünə, özünə inanan varsa,  mitinqin harada  keçirilməsindən asılı olmayaraq toplaşa bilərlər. Amma  Əli Kərimlinin  özü də yaxşı bilir ki,  bu iştahasına qarşı çıxan elə öz ətrafı olacaq. Çünki “Milli Şura” adlı qurum olmadığı  üçün, təşkilatlanmadan, sosial bazadan  söhbət gedə bilməz. Buna görə də  Əli Kərimlinin mitinq həvəsi səhrada qum,   dəryada balıq sevdasıdır.

Bir başqa məsələyə aydınlıq gətirək. Əli Kərimlinin formalaşdırdığı  agent şəbəkəsinin orduxanlardan ibarət “rupor”larının səsi  lazım gələndə eşidilmir. Respublikamızdan kənarda yaşasalar da ,  avropalı  himayədarlarının “mətbəx böcəyi” adını daşısalar da  Azərbaycanda guya  insan hüquqlarının pozulduğunu çığır-bağırla  bildirən  simasızlar Ermənistanın  manyakı Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” sözlərinə heç bir təpki göstərmədilər. Çünki onların özləri də elə erməni əsilli, Leyla-Arif Barseqyanlar kimi “hay”ların dilində danışmağa, süfrələrinin artığını yeməyə alışıblar.

Yeri gəldi-gəlmədi ölkəmizdən kənarda  guya Azərbaycanın halına yandıqlarını bəyan edən Əli Kərimlinin “tayfası” görünür Əkrəm Naibovun “Daş yuxu”larının təsirindən hələ də ayılmayıb. Ayıla da bilməzlər. Çünki “ayıldıqları” müddətdə  erməni lobbisinin ayırdığı  vəsaitlərdən məhrum olacaqlarını yaxşı bilirlər. Ona görə də  ləyaqətlərini valyutalara satan Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İsgəndərli,  Orduxan Teymurxan,  əməli ilə soyadı eynilik təşkil edən Həbib Müntəzir, Məhəmməd Mirzəli kimi başqaları da  Əli Kərimlini idarə edən qüvvələrin istəklərini yerinə yetirməlidirlər.

Özünü demokrat hesab edən Əli Kərimli kimi Müsavat başqanlığına namizədliyini irəli sürən Tofiq Yaqublunun Paşinyanı “demokrat” adlandırması da  demokratiyanı  anarxiya ilə qarışdırmaq xislətindən irəli gəlir yaranır.

Bu kimi əməllərinə görədir ki,  Əli Kərimlinin partiyasından mövsümə uyğun yarpaq tökümü intensivləşib. AXCP-də yaranan anarxiyadan cana doyan partiya üzvləri  Əli Kərimlinin istefasını tələb etməklə yanaşı  özləri də   partiyanı tərk edirlər.

Xuraman İsmayılqızı, “İki sahil”