“Bir namussuz, bir alçaq gənc qızın üzünə kislota atır. Məhkəmənin verdiyi hökm 13 ildir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Berfin Özek hadisəsindən danışarkən deyib.
Hadisəni araşdırdığını bildirən dövlət başçısı məhkəmələrə səslənib: “Bütün məhkəmələrə səslənirəm. Xahiş edirəm qanunun səhifələri arasındakı maddələrə deyil, vicdanınızın səsinə qulaq asın”.
Qeyd edək ki, Türkiyənin Hatay vilayətində dostluq təklifini qəbul etməyən şəxs 17 yaşlı tanınmış model Berfin Özekin üzünə kislota atıb.Hadisə yanvarın 15-də baş verib.