 
                    Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb.
Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
O qeyd edib ki, son aylar Türkiyə və Azərbaycan koronavirusla mübarizədə ciddi tədbirlər həyata keçirir:
"Bu tədbirlər sırasında insanların evdə qalması, təmas və ünsiyyətin minimuma endirilməsi var. Azərbaycanda olan türkiyəli və Türkiyədə olan azərbaycanlı tələbələrin öz ölkələrinə dönmək istədikləri xəbərləri gəlməkdədir. Ən doğru olan isə bugünkü mərhələdə hər kəsin olduğu yerdə qalmasıdır. Türkiyədə dövlət yataqxanalarından bu günə qədər heç bir azərbaycanlı tələbə çıxarılmayıb, bəzilərinin sadəcə olaraq yataqxanaları dəyişdirilib. Onların qalması üçün yerlər ayrılıb.
Səfir əlavə edib ki, virusla mübarizədə hər kəs olduğu yerdə qalsa, daha yaxşı olar. Bununla da səhiyyə orqanlarının daha effektiv çalışmasına imkan yaradılmış olar.
 Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                 Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO                 
                                 Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb