17 fevral 2020 21:10
1565

Erməni faşizminin iç üzü

Adolf Hitlerin ermənilərə cavabı: Üç dəfə xəyanət edənlər...

II Dünya müharibəsi nə qədər araşdırılsa da, o illərdə baş verən hadisələr barədə hələ də tarixi faktlar tam təfsilatı ilə açılmayıb. Bu gün arxivlər açıldıqca illər boyu söylənən əfsanələrin yalan sovet təbliğatı olduğunu görürük. Belə yalanlardan ən böyüyü isə sovet tarixşünaslığında ermənilərin II Dünya müharibəsində SSRİ-yə “sədaqət”ləri ilə bağlıdır. Əslində isə hadisələr tam başqa istiqamətdə cərəyan edib. SSRİ ordusunda və almanların əsir düşən sovet əsgərləri üçün yaratdıqları legionlarda ermənilər həmişə casus rolunu oynayıblar...

1938-ci ildə Almaniyada güclənən faşizm ideologiyası ilə erməni daşnak ideologiyası bir-birinə yaxın olduğu üçün onlar arasında əməkdaşlıq barədə danışıqlar gedirdi. Faşist Almaniyasının əsas siyasi fiqurlarından olan Henrix Himlerin hədəfi Bakının neft mədənləri idi. O, hazırlanan planda SSRİ-nin enerji gücünün yalnız Bakı olduğunu bilirdi və buna görə də buradakı neft mədənlərinin ələ keçirilməsi planını irəli sürmüşdü.

Hələ II Dünya müharibəsi başlanana qədər Almaniya rəhbərliyi erməni mühacirlərə rişxəndlə “ari qaçqın” statusu vermişdi. Berlində ermənilər üçün xüsusi olaraq həftəlik “Ermənistan” və “Vətən” qəzetləri nəşr edilirdi.

1930-cu illərin ortalarında Daşnaksütyunla III Reyx rəhbərliyi arasında əlaqə qurulmuşdu. Lakin erməni terror təşkilatlarının rəhbərlərinin Adolf Hitlerdən erməni ordusunu yaratmaq, həmçinin erməni zənginlərinin milyonlarla maliyyə vəsaitini faşistlərin xəzinəsinə köçürmək barədə təklifləri isə istehza ilə qarşılandı.

 Fəlsəfə doktoru Qafar Çaxmaqlı yazır: “Bədnam general Qaregin Njde, yəni Ter-Harutyunyan almanların Berlində yaratdığı “Erməni Milli Şurasının” üzvü kimi xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlara və bir sıra digər sənədlərə əsasən, 2 noyabr 1944-cü ildə Qaregin Ter-Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Harutyunyan 1908- ci ildən 1937-ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918-ci ildə daşnak hökuməti tərəfindən millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurdakı silahlı qüvvələrinin komandanı, 1921- ci ildən isə Azərbaycan ərazisində yenicə təşkil edilmiş Ermənistan hökumətinin baş naziri olaraq sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun komandirləri həbs olunmuş və güllələnmişdir. Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqilabi əhval-ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. Sonrakı

döyüşlərdə məğlub olan və Almaniyaya qaçan Ter-Harutyunyan alman kəşfiyyatçısı, mayor Drumyun göstərişi ilə 1942-ci ilin payızında Berlində olmuşdur. O, özünün köməkçisi olan Hayk Asatryanın vasitəsilə Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə gətirmişdir. Burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyyat-təxribat məktəbində təlim keçərək Krıma göndərilmişdilər.” Onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi. Alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar daxildə üsyan qaldırmalı idilər. Faşistlərə işləyən 6 nəfər erməni isə paraşütlə Azərbaycana atılmışdılar. Lakin onlar Gəncədə, Xanlarda və Dəstəfurda tutularaq ifşa edildilər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində SSRİ Xalq Daxili İşlər Komissarlığının Rostov vilayət İdarəsinin XDİK-in 4-cü idarəsinə raportunda yazılır: “1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov-Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”.

 Erməni general Qaregin Njdenin qurduğu “Tsegagron” təşkilatının vasitəsilə gənc ermənilər SS təşkilatına və digər elit alman hərbi qüvvələrinə daxil olurdular. Almaniyada və Fransada yaşayan bir çox ermənilər 58-ci Panzer ittifaqlarına və Vermaxtın 10-cu ordusuna soxulmuşdular. Erməni İnqilab Federasiyasının liderləri alman kəşfiyyatı ilə çox sıx münasibətdə idi.

Xrisotor Valker “The Survivat of a nation” adlı kitabının 357-ci səhifəsində yazır: “Ermənilər Hitlerin əmrini yerinə yetirmək üçün 30.000 nəfərdən ibarət qoşun yaratmış və II Dünya müharibəsinə çıxarmışdılar. Onlar müvəqqəti erməni hökuməti qurublarmış, Berlin radiosundan yararlanırlarmış. 19, 20, 21 avqust 1936-cı il tarixli “Hayastan” qəzetində yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar olduğunu ifadə etmişdilər. Mənə elə gəlir ki, Adolf Hitlerə faşist olmağı Mussolini yox, ermənilər və onların papazları-patrikləri - vazgenləri öyrətmişdilər”.

 Xalq daxili işlər komissarı Beriyanın Stalinə yazdığı məktubda isə qeyd edilirdi: “Alman ordusu tərəfindən yaradılan erməni legionu casusluq və pozuculuq işləri üçün qırmızı ordunun arxa cəbhəsində bir neçə erməni komitəsi yaradıb müstəqil Ermənistanın təbliği istiqamətində iş aparırlar. Dünya erməniləri Almaniyanın “hərbi ehtiyaclarına” sərf etmək üçün vəsait toplayırlar”.

Erməni legionu II Dünya müharibəsi zamanı III Reyx tərəfində olan və ermənilərdən təşkil olunmuş 808, 809, 810, 811 və 812 adlı birləşmələr döyüşlərdə iştirak etmişdilər.

Almanlara xidmət göstərən erməni legionunun döyüşçülərinin hərbi andı isə belə idi: “Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma qədər nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”.

1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına qədər ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə alman kəşfiyyatı ilə çox yaxın əməkdaşlıq etdilər. Erməni gizli agentləri faşist təbliğatını aparır və yəhudiləri təqib edərək yaxalanmaları üçün faşistlərə kömək edirdilər.

Nasist partiyasının ideoloqlarından olan Alfred Rozenberq 1926-1936-cı illər arasında Şərqşünaslıq İnstitutunun başçısı olan doktor Artaşes Abegyana ermənilərin antropologiyasını və tarixini tədqiq etmək üçün komissiya yaratmağı tapşırmışdı.

Ermənilərin Rozenberqə hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya müharibəsində almanlarla ona görə yaxınlıq edir ki, müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan dövləti yaratsınlar. Ona görə də bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət - “Böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər.

1942-ci ildə çox sayda erməni gənci birləşərək yeni bir təşkilat yaratdılar. Suren Bekzadyanın başçılıq etdiyi “Paykar Hoassank” (işıqlı mənasında) adlanan Erməni Milli Sosialist Hərəkatı bütün Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı.

2006-cı ildə Moskvada, Bıstrov nəşr evində çap olunan E. Abramyanın “Abverdəki Qafqazlılar” adlı kitabında yazılır:

“Alman Reyxinin himayəsi altında Ermənistan bütün gücü ilə Yaxın Şərqdə alman təsirini möhkəmləndirməyə çalışmaq məcburiyyətindədir. Bu baxımdan, Erməni Milli Komitəsi, keçmişdə Rusiya və İngiltərənin ermənilərə yaşatdığı acı xəyal qırıqlığına və dəhşətli fəlakətlərə işarə etməyi zəruri bilir”.

Müəllif diqqət çəkən maraqlı bir məqama da toxunur: “Nasist Almaniyası daşnaklara bütün bu xidmətlərinin qarşılığında Qarabağı, Naxçıvanı və Axalkələk bölgəsinin bir hissəsini söz vermişdir. Həmçinin müharibə zamanı daşnaklar Qarabağ bölgəsinə yerli xalqı Sovet hakimiyyətinə qarşı qaldırmaq üçün xüsusi hərbi qruplar və desantlar göndərmişdir”.

1942-ci ilin sonlarında bu təşkilat Erməni Milli Şurası ilə birləşdi. Nəticədə II Dünya müharibəsində erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynadılar.

Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda hərbi polis kimi istifadə olunurdu. Erməni əsgərlərə almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Samuel Vimz yazır ki, almanlarla görüşən daşnaklar əllərindəki “sənəd”lərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”.

Erməni Komitəsi adlanan qurumun isə dünya ermənilərinə yazdığı müraciətində deyilirdi: “Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri Yaxın Şərqdə alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Onlar İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”.

Ermənistanın yəhudi icması II Dünya müharibəsi zamanı Vermaxtın tərkibindəki 20000 nəfərlik erməni legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb. Bu açıqlama ilə İsrail eksperti Arye Qut Amerika yəhudi diasporunun ən populyar “The Algemeiner” qəzetində çıxış edib.

“Modus Vivendi” təşkilatının Ermənistanda yerləşən mərkəzinin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub: “1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdir və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısını aldılar. Biz də II Dünya müharibəsində onlardan öz qisasımızı aldıq.”

“Ayrenik” qəzeti 1939-cu ilin iyul ayında yazırdı: “Əgər Almaniya ilə Yaponiya Sovet İttifaqına hücum etsələr, Daşnaksütyun Sovet İttifaqının düşmənləri sırasında olacaq”.

Ermənilərin casusluq fəaliyyəti üçün “Aynxait Şturm” qrupu yaradılmışdı ki, onlar sovet ordusunda arxadan zərbə vurmağın yolların axtarmaqla yanaşı, əsirlərin içərisində yəhudiləri aşkar etməli idilər. Bu qrupla yanaşı 106 saylı oberqrup yaradılmışdı ki, Stepanyan və Sərkisyan adlı iki erməni ona rəhbərlik edirdi.

1942-ci ilin dekabrında general Dro və erməni yazıçısı Qaro Gevorkyan Henrix Himlerin qəbulunda olmuş və ona pastor Lepsiusun “Erməni xalqının ölümcül yürüşü” kitabını təqdim etmişdilər.

 Müharibənin sonuna yaxın satqınlığının sayı-hesabı olmayan Qareqin Njde utanmadan Stalinə ünvanladığı məktubda general Dro barədə bu sözləri yazır: “Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim.” Halbuki Njde Dronu özünün müəllimi adlandırmışdı və xəyanətkarlıqda, qaniçənlikdə ondan heç də geri qalmırdı. 1944-cü il noyabrın 2-də hərbi cani general Njde Stalinin xüsusi göstərişi ilə yaradılmış “Smerş” qrupunun üzvü tərəfindən ifşa edilərək tutulmuşdu.

 Hitler SSRİ-nin işğalından sonra Ermənistan SSR-ə müstəqillik verilməsi barədə ermənilərin xahişini rədd edərək onlara belə cavab vermişdi: “Üç dəfə xəyanət edənlər (çar Rusiyası, Osmanlı imperiyası və SSRİ-yə qarşı) dördüncü dəfə də xəyanət edəcəklər!”

Xatırladaq ki, simasız ermənilər çar Rusiyasına, Osmanlı imperiyasına və SSRİ-yə qarşı dəfələrlə xəyanət etmişdilər. Sonuncu xəyanəti isə Azərbaycana qarşı etdilər. Ancaq hər şeyin bir sonu olduğu kimi erməni xəyanətinin də sonu olacaq.

Hazırladı:

Vəli İlyasov, “İki sahil”