25 iyul 2020 10:57
327

Ermənilər bu dəfə də öz faşist xislətlərinə sadiq qaldılar

“Son günlər Los Anceles, Paris, Brüssel, Moldova və dünyanın bir çox yerində Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılar, həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərinin binaları  radikal terror qruplaşmaların paltarlarını geyinən erməni vandallarının hücumuna məruz qalıblar. Hadisələr göstərdi ki, illər keçsə də, erməni millətinin mahiyyəti dəyişməyib və onların bu addımı Ermənistanın işğalçı bir dövlət olmasını və terroru dəstəkləməsini bir daha ortaya qoydu. Terror ermənilər üçün bir alətdir.  Bir sözlə, ermənilər bu dəfə də öz faşist xislətlərinə sadiq qaldılar.”

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat  açıqlamasında bildirib ki, dövlətimizin xarici siyasət strategiyasının cənab Prezident İlham Əliyevin başçılığı altında güclənməsi, dünyanın beynəlxalq münasibətlər sistemində öz sözünü deməsi, mətbuat, media blokadasını çoxdan yararaq haqq sözünü ictimaiyyətə çatdırması, mühüm təşkilatlar qarşısında söz sahibi olması, görünür Ermənistanı, onların havadarlarını narahat edir. Bu narahatlıq vətəndaşlarımıza qarşı vandalizm və radikal hərəkətlərlə özünü göstərməkdədir. Bununla ermənilər onların maraqlarına uyğun olmayan qərarlar qəbul olunduqda, faşistliyə, vandallığa əl atmaqdan çəkinmədiklərini, beynəlxalq hüquq normalarının onlar üçün əhəmiyyət kəsb etmədiyini bütün dünyaya sübut edirlər. Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir və ermənilərin törətdikləri əməllər cinayət məsuliyyəti doğurur.

Eyni zamanda deputat qeyd edib ki, aksiyaların olduğu ölkələrdə azərbaycanlılara qarşı edilən nalayiq hərəkətlərə beynəlxalq hüquq və həmin ölkələrin hüquq sistemləri də cavab verməlidir. 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Əks halda, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları tərəfindən edilən terrorları təkrar görə bilərik.

Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata uyğun olaraq mütləq şəkildə xaricdə yaşayan diaspora təşkilatları , diplomatlarımız və orada yaşayan bütün azərbaycanlılar ayıq-sayıq olmalıdır. Eyni zamanda bizim diaspora nümayəndələrimizin qanun çərçivəsində və sivil formada keçirdikləri aksiyalarda onların təhlükəsizliyi tam şəkildə təmin olunmalıdır.